​"Azər-Türk Bank"a yeni sədr təyin edilib

​"Azər-Türk Bank"a yeni sədr təyin edilib "Azər-Türk Bank"da İdarə Heyətinin sədri səhmdarların ümumi yığıncağında seçilir
Maliyyə
23 İyul , 2015 15:40
​Azər-Türk Banka yeni sədr təyin edilib

Bakı. 23 iyul. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq İdarə Heyətinin sədr müavini Fərhad Əsgər oğlu Adıgözəlov icra edəcək. Bu barədə "Report"a bankdan məlumat verilib.

Xatırladaq ki, "Azər-Türk Bank"ın İdarə Heyətinin sədri Elmar Məmməd oğlu Məmmədov Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasının iyulun 22-də keçirilən iclasının qərarı ilə 4 il müddətinə ABB-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilib.

Qeyd edək ki, "Azər-Türk Bank"da İdarə Heyətinin sədri səhmdarların ümumi yığıncağında seçilir.

Son xəbərlər

Orphus sistemi