"Azər-Türk Bank"ın rəhbərliyi dəyişib - YENİLƏNİB

"Azər-Türk Bank"ın rəhbərliyi dəyişib - YENİLƏNİB Xalid Əhədov Bankın İdarə Heyətinə gətirilib
Maliyyə
2 Dekabr , 2016 17:08
Azər-Türk Bankın rəhbərliyi dəyişib - YENİLƏNİB

İlk xəbər 15:42-də verilib.

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün "Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. 

Bu barədə "Report"a bankdan bildirilib. 

Məlumata görə, iclasda "Azər-Türk Bank"ın İdarə Heyətinin (İH) tərkibinə dəyişikliklər edilib. Belə ki, Xalid Nurəddin oğlu Əhədov İH-nin üzvü seçilib. Həmçinin İH-nin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib. O, yeni vəzifəsində Fərhad Adıgözəlovu əvəz edib. 

Qeyd edək ki, X.Əhədov bundan əvvəl ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin İH-nin sədri olub. O, həmçinin "Unibank" və "Bank of Baku" ASC-lərdə rəhbər vəzifələrdə çalışıb. 

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi