"Azər-Türk Bank" 10,5 mln. manat mənfəət əldə edib

"Azər-Türk Bank" 10,5 mln. manat mənfəət əldə edib Bankda problemli kreditlərin həcmi artıb
Maliyyə
9 Noyabr , 2016 10:00
Azər-Türk Bank 10,5 mln. manat mənfəət əldə edib

Bakı. 9 noyabr. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin aktivləri illik 81,9% artaraq cari il noyabrın 1-nə 807 630,70 min manata çatıb.

"Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə Bankın kredit portfeli 13,7% azalaraq 248 140,08 min manata enib. Kredit portfelinin 7,5% və ya 18 720,7 min manatının vaxtı keçib. Hesabata əsasən, vaxtı keçmiş kreditlərin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 55,4% artıb. Qeyd edək ki, ötən ilin eyni dövründə bu kreditlərin kredit portfelində xüsusi çəkisi 4,2% təşkil edib.

İpoteka kreditlərinin həcmi 6,7 dəfə artaraq 20 186,53 min manata, maliyyə qurumlarına verilən kreditlər illik 40 dəfə artaraq 101 440 min manata yüksəlib.

Depozit portfeli 71,2% artaraq cari il noyabrın 1-nə 600 845,95 min manata çatıb. Cari il noyabrın 1-nə Bankın məcmu kapitalı 59 309,26 min manat təşkil edib.

Bank cari ildə 10 466,33 min manat mənfəət əldə edib. Ötən ilin eyni dövrünü isə Bank 1 030,04 min manat zərərlə yekunlaşdırmışdı. 

Son xəbərlər

Orphus sistemi