​"Azər-Türk Bank"a yeni rəhbərlik təyin olunub

​"Azər-Türk Bank"a yeni rəhbərlik təyin olunub Bankın nizamnamə kapitalı ilin sonuna qədər 50 mln. manata çatdırılacaq
Maliyyə
9 Dekabr , 2014 20:03
​Azər-Türk Banka yeni rəhbərlik təyin olunub

Bakı. 9 dekabr. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın ali idaretmə orqanlarının yeni təkibi seçilib.

Bankın Bakıdakı baş ofisindən "Report"a bildirilib ki, "Azər-Türk Bank"ın Müşahidə Şurasının sədri Famil Nəcəf oğlu İsmayılov, üzvləri Samir Nadir oğlu Nəsibov və Müğdət Məmməd oğlu İsmayılov, Audit Komitəsinin sədri Fuad Camaləddin oğlu Gəncəliyev, üzvləri Araz Şahbaz oğlu Xələfov və Pərvin Qabil oğlu Manafov seçiliblər.

Həmçinin bankın İdarə Heyətinin tərkibi üç nəfərdən ibarət olmaqla yenidən formalaşdırılıb, Elmar Məmməd oğlu Məmmədov İdarə Heyətinin sədri, Fərhad Əsgər oğlu Adıgözəlov İdarə Heyətinin üzvü, sədr müavini və Rumiyyə Ağacəfər qızı Məmmədova İdarə Heyətinin üzvü, sədr müavini seçiliblər.

Bununla yanaşı, ilin sonuna qədər bankın nizamnamə kapitalının 50 mln. manata qədər artırılması qərara alınıb. Hazırda bankın elan olunmuş nizamnamə kapitalı 44,2 mln. manat təşkil edir ki, bu məbləğin də 37,5 mln. manatı və ya 85%-i Azərbaycan dövləıtinə, 6,2 mln. manatı və ya 14%-i Türkiyə dövlətinin "Ziraat Bankı"na, 0,5 mln. manatı və ya 1%-i isə "Ziraat Bank Inernational AG"yə (Almaniya) məxsusdur.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 7 avqust 2009-cu il tarixli fərmanına uyğun olaraq, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların idarə olunmasında dövlətin adından Azərbaycan Maliyyə Nazirliyi iştirak edir. 

Son xəbərlər

Orphus sistemi