AZAL-a 10 mln. manat subsidiya ayrılacaq

AZAL-a 10 mln. manat subsidiya ayrılacaq Subsidiyanın azaldılmaması güzəştli qiymətlə bilet satışının zəruriliyi ilə bağlıdır
Maliyyə
26 Noyabr , 2016 12:28
AZAL-a 10 mln. manat subsidiya ayrılacaq

Bakı. 26 noyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC-yə  2017-ci ildə dövlət büdcəsindən 10 010,0 min manat subsidiya ayrılması nəzərdə tutulub. Həmin vəsait 2015-ci ilin büdcəsinin icrasından 933,0 min manat və ya 10,3% çox, cari ilin təsdiq edilmiş büdcəsinin müvafiq göstəricisinə bərabərdir.

Bu barədə "Report" Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyinə istinadən xəbər verir.

"Dünya enerji bazarında qiymətlərin aşağı səviyyədə qalması ilə bağlı dünyada baş verən iqtisadi proseslərin ölkə iqtisadiyyatına göstərdiyi təsirlərə baxmayaraq, “Azərbaycan Hava Yolları” QSC-yə ayrılacaq subsidiyanın azaldılmaması güzəştdən istifadə edənlərin statusu, sosial müdafiəsi, habelə Naxçıvan MR-nın iqtisadi blokada şəraitində olması ilə əlaqədar olaraq qeyd edilən məqsədlərə aviabiletlərin güzəştli qiymətlə satışının zəruriliyi ilə bağlı olub", - məlumatda qeyd olunub.

2017-ci ilin layihəsində “Azərbaycan Hava Yolları” QSC üzrə vəsait tam məbləğdə iqtisadi təsnifatın "Subsidiyalar və cari transfertlər" bölməsində proqnozlaşdırılıb.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-yə ayrılan bu subsidiya Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB ölkələrinə gedişi və Naxçıvan MR-ə həyata keçirilən aviareyslər üzrə aviabiletlərin güzəştli qiymətlərlə satışından hava nəqliyyatının sərnişin daşımalarında yaranan zərərin ödənilməsi üçündür.

Son xəbərlər

Orphus sistemi