Yuxarı
    Bağlamaq

    ​Azad Cavadov: "Bu dəfə əmanətçilərə kompensasiyanı agent kimi bağlanmış banklar özləri ödəyəcək"

    ƏSF-nin başçısı: Kompensasiya Fondun xətti və nəzarəti ilə ödəniləcək

    Bakı. 29 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankı – “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərin əmanətçilərinə kompensasiya ödəmək üçün agent bank qismində bu dəfə bağlanmış banklar özləri çıxış edəcək. “Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

    “Əmanətçilər öz banklarını yaxşı tanıyır, odur ki, bu dəfə agent bankların bağlanmış bankların özlərinin olmasına qərar verdik. Təbii ki, kompensasiya Fondun xətti və nəzarəti ilə ödəniləcək”, - deyə A.Cavadov qeyd edib.

    Fondun başçısı kompensasiya olunacaq əmanətlərin məbləği ilə bağlı son bir həftədə yaranmış fərqin səbəbini belə izah edib: “Martın 1-də bizdə qanunvericilik dəyişib. Qorunan və qorunmayan əmanətlərin statusu ilə bağlı dəyişiklik olub. Əvvəl eyni bankda depozit və ona görə verilmiş kreditlər əvəzləşdirilmirdi. İndi isə əmanətin məbləğindən kreditin məbləği çıxılır və qalan məbləğ kompensasiya kimi ödənilir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi