Yuxarı

​Azad Cavadov "Alfa Sığorta"nın rəhbərliyinə gətirilib

Qeyd edək ki, Alfa Sığortanın vahid səhmdarı lisenziyası ləğv edilmiş Texnikabankdır

Bakı. 16 iyun. REPORT.AZ/ İyunun 14-də "Alfa Sığorta" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Şirkətdən "Report"a verilən məlumata görə, toplantıda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadovun “Alfa Sığorta”nın Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi ilə bağlı qərar qəbul olunub.

Xatırladaq ki, "Alfa Sığorta"nın 100% səhmdarı lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-dir. Bankın ləğvedicisi qismində isə ADİF çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi