Yuxarı

​Azәrbaycan Dövlәt Neft Şirkәtinin nizamnamәsindә dәyişikliklәr edilib

Bununla bağlı dövlət başçısı fәrman imzalayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Azәrbaycan prezidenti İlham Əliyev Dövlәt Neft Şirkәtinin (SOCAR) nizamnamәsindә dәyişikliklәr edilmәsi haqqında fәrman imzalayıb.

"Report"un verdiyi xəbərə görə, sənədə əsasən, SOCAR-ın nizamnamәsinin 1. 1.4-­cü bәndinin ikinci cümlәsi "Şirkәt illik maliyyә hesabatları ilә yanaşı, birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarını tәrtib edir" kimi verilir. Həmçinin, 2. 6.1-­ci bәndin birinci cümlәsi "Şirkәt "Mühasibat uçotu haqqında" Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır, illik maliyyә hesabatlarını, Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә uyğun olaraq vergi hesabatlarını vә "Rәsmi statistika haqqında" Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tәrtib vә tәqdim edir" redaksiyasında verilir.

Bununla yanaşı, sənədə "Şirkәt birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarını auditor rәyi ilә birlikdә hesabat dövrü başa çatdıqdan sonra növbәti il iyun ayının 30­-dan gec olmayaraq internet sәhifәsindә vә dövri mәtbu nәşrdә dәrc etdirir, hesabat dövrü әrzindә şirkәt vә ya onun törәmә cәmiyyәtlәri dövlәt zәmanәti ilә kredit aldıqda vә ya dövlәt borcunun xәrclәnmәsi ilә bağlı layihәlәrdә iştirak etdikdә, hәmçinin onlara büdcәdәn subsidiya, subvensiya, qrant vә ya müәyyәn sәlahiyyәtlәrin yerinә yetirilmәsi ilә bağlı büdcә vәsaiti ayrıldıqda isә eyni zamanda, Azәrbaycan Respublikasının Maliyyә Nazirliyinә tәqdim edir" mәzmunda 6.1­1­-ci bәnd әlavә edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi