Yuxarı

​Azərbaycanda nağd pulun idarəetmə informasiya sisteminin tətbiqi ilə bağlı təlimlər keçirilir

Təlimlər kredit təşkilatları üçün nəzərdə tutulub və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilir

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankında (AMB) Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması Proqramı çərçivəsində “Nağd pulun idarəetmə informasiya sisteminin (Cash Management System (CMS)” tətbiqi ilə əlaqədar beynəlxalq ekspertlərin iştirakı ilə kredit təşkilatları üçün geniş təlimlərin keçirilməsinə başlanılıb. Bu barədə “Report”a AMB-dən məlumat verilib.

Təlimlərin məqsədi CMS-in Mərkəzi Bankda tətbiqi ilə əlaqədar kredit təşkilatlarının sistemə inteqrasiyasını təmin edəcək “web portal” modulu üzrə əməliyyatların aparılması zamanı bank əməkdaşlarının nəzəri, eləcə də praktiki bilik və bacarıqlarının ixtisaslaşdırılmasından ibarətdir.

Təlimdə AMB-nin baş direktoru A.Vəliyev müvafiq Proqram çərçivəsində nağd pul blokunda həyata keçirilən layihələr, strateji dövrdə qarşıda duran hədəflər, eləcə də CMS-in bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat verib.

Təlimlərdə kredit təşkilatlarının nağd pul və informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri, həmçinin CMS layihəsi üzrə işçi qrupunun üzvləri iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi