Yuxarı

​Azərbaycanda kommersiya bankların xarici öhdəlikləri 34% artıb

Xarici öhdəliklərin həcmi aktivlərin 19%-ni təşkil edir

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 154,7 mln. manat və ya 34,2% artaraq 2014-cü ilin avqustun 1-nə 4 527,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, o cümlədən bu ilin əvvəlindən xarici öhdəliklərin həcmi 387,7 mln. manat və ya 9,4% artıb:

Bankların xarici öhdəliklərinin ümumi passivlərdə xüsusi çəkisi 19,4% təşkil edir ki, bu da dünya praktikasında qəbul edilən müəyyən normaları ilə, inkişafda olan ölkələrin müvafiq göstəricilərlə müqayisədə kiçik rəqəmdir. Qeyd edək ki, bank sistemindən xarici maliyyə qurumlara olan borclanmanın böyük olması bank sektoru üçün təhlükələr yaradır. Lakin 19%-lik göstərici təhlükəsiz hesab olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi