Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda iqtisadi artım zəifləyib

    Ötən ilə nisbətən ÜDM-in artım tempi 5%-dən 2,4%-ə düşüb

    Bakı. 15 avqust. REPORT.AZ/. Azərbaycanda 2014-cü ilin yanvar-iyul ayları ərzində ÜDM istehsalı 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2,4% artaraq 34,0 mlrd. manat təşkil edib. "Report"un xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

    ÜDM-in 45,5%-i sənaye sahələrində, 11,4%-i tikinti kompleksində, 9,8%-i ticarət və pullu xidmət sahələrində, 5,0%-i nəqliyyatda, 1,7%-i informasiya və rabitə müəssisələrində, 4,9%-i aqrar bölmədə, 14,6%-i digər sahələrdə istehsal olunub.

    Əhalinin hər nəfərinə orta hesabla 3 621,3 manat məbləğində (4 617,3 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1,1% artıb.

    ÜDM-in 56,8%-i qeyri-neft sektorunda istehsal olunaraq əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 6,8% artıb. Neft-qaz sektorunda isə 3,1% azalıb.

    Qeyd edək ki, ötən ilin 7 ayı üzrə iqtisadi artım 5,0%-ə bərabər olub. Beləliklə, iqtisadi artım illik müqayisədə 2 dəfədən artıq azalıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi