Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda iqtisadi artım 2,5%-ə çatıb

    Qeyri-neft sektorunda istehsal 6% artıb, neft-qaz sektorunda isə 2% azalıb

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 44,1 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul istehsal edilib. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,0% artıb, neft-qaz hasilatı və emalı sahələrində isə 2,0% azalıb.

    ÜDM-in 61,6%-i istehsal sahələrində, o cümlədən 44,3%-i sənayedə, 11,9%-i tikintidə, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,2%-i isə xidmət sahələrinin payına düşüb.

    Xidmət sahələrində yaradılmış əlavə dəyərin 25,0%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,4%-i informasiya və rabitə xidmətləri sahələrində, 48,0%-i isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib.

    Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2%-ni təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi