​Azərbaycanda iqtisadi artım 2,4% olub

​Azərbaycanda iqtisadi artım 2,4% olub Qeyri-neft sektorunda artım 6,3% təşkil edib
Maliyyə
11 Sentyabr , 2014 10:19
​Azərbaycanda iqtisadi artım 2,4% olub
Bakı. 11 sentyabr. REPORT.AZ/. Azərbaycanda bu ilin yanvar-avqust aylarında 39,2 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4% çox ümumi daxili məhsul istehsal edilib. "Report"un xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Qeyri-neft sektorunda istehsal olunmuş ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artıb və onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,9%-dən 57,3%-dək yüksəlib.

ÜDM-in 61,9%-i istehsal sahələrində, o cümlədən 45,0%-i sənayedə, 11,8%-i tikintidə, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,0%-i isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi