Yuxarı

Azərbaycanda daha bir sığorta şirkəti bağlanıb

​“Royal Sığorta”nın lisenziyası ləğv edilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi "Royal Sığorta" ASC-nin fəaliyyətini dayandırıb. Bu barədə “Report”a Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib. 

Məlumata görə, "Royal Sığorta" ASC sığorta qanunvericiliyinin tələblərinə uyğun olmayan hallara yol verib və verilmiş müəyyən müddət ərzində həmin nöqsanların aradan qaldırılması ilə bağlı heç bir iş görməyib. Nəticədə, bütün bunlar şirkətə verilmiş lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olub.

Cəmiyyətin lisenziyası sığorta qanunvericiliyinin tələblərinə müvafiq olaraq Maliyyə Nazirliyinin müvafiq əmri ilə ləğv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi