Yuxarı

​Azərbaycanda daha bir bankın müştəriləri krediti onlayn ödəyəcək

Krediti ödəmək üçün plastik kartın və internetə qoşulmuş istənilən mobil cihazın olması kifayətdir.

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Xalq Bank”ın müştərilər bankdan alınan kreditləri banka gəlmədən və iş yerlərindən ayrılmadan bankın www.xalqbank.az, www.azericard.com internet səhifələrində ödəyə bilərlər. Bu barədə “Report”a “Xalq Bank”ın mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə krediti ödəmək üçün plastik kartın və internetə qoşulmuş istənilən mobil cihazın (kompüter, planşet, mobil telefon) olması kifayətdir.

Krediti onlayn ödəmək üçün borcalanın şəxsiyyət vəsiqəsinin 7 rəqəmdən ibarət PİN-kodu və bankla müştəri arasında bağlanmış kredit müqaviləsinin nömrəsini bilmək kifayətdir. Bu məlumatları bankın saytında “Kreditin onlayn ödənişi” bölməsində xüsusi xanalara daxil etməklə növbəti səhifəyə keçid alıb kredit ödənişini onlayn həyata keçirmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi