Yuxarı

Azərbaycanda dövlət istiqrazlarının indeksi 0,01% yüksəlib

Maliyyə Nazirliyinin dövriyyədə olan istiqrazlarının cari qiymət üzrə həcmi 139 551 357 manatdır

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,01% artaraq oktyabr ayının 29-na 3 054,44 təşkil edib. "Report"un apardığı hesablamalara görə, ortaölçülü qiymət indeksi 95,45 təşkil edib. Oktyabrın 29-na dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 139 551 357 manat təşkil edib.

Eyni zamanda, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 871,65-ə bərabər olub. Ortaölçülü qiymət indeksi 108,97, dövriyyədəki istiqrazların nominal üzrə həcmi isə 340 mln. manat  təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi