Yuxarı

Azərbaycanda Bank Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayır

Fiziki və hüquqi şəxslərə elektron sertifikat verilməsi ilə elektron bankçılığın inkişafı üçün geniş imkanlar yaranacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Ölkədə bank-müştəri münasibətlərinin elektronlaşdırılması məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı Bank Sertifikat Xidmətləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə olunub. Bu barədə "Report"a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, BSXM-in akkreditə olunması ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstərən kommersiya banklarının müştəriləri olan fiziki və hüquqi şəxslərə elektron sertifikat verilməsi ilə elektron bankçılığın inkişafı üçün geniş imkanlar yaranacaq.

Hazırda elektron sertifikatlarının verilməsi ilə bağlı hazırlıq işləri gedir, o cümlədən normativ metodoloji baza hazırlanır, pilot banklar seçilir. Qeyd olunan bütün məsələlər tənzimləndikdən sonra bank və onların müştərilərinə sertifikatlar veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi