Yuxarı
    Bağlamaq

    Azərbaycanda əsas kapitala sərmayələr 10 mlrd. manatdan artıq olub

    Əsas kapitala sərmayə yatırımı 2014-cü ilin yanvar-avqust aylarında 0,5% artıb

    Bakı. 18 sentyabr. REPORT.AZ / Cari ilin yanvar-avqust aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayə qoyuluşu toplam olaraq 10,45 mlrd. manat təşkil edib. 

    Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2013-cü ilin eyni dövrü ilə müqayisədə əsas kapitala sərmayə yatırımı 0,5% artıb. Sərmayənin ümumi həcmindən 70,4% və ya 7,35 mlrd. manat daxili maliyyələşdirmə mənbələrinin payına düşüb. Öz növbəsində, bunun 65,5%-ni dövlət sərmayələri, 34,5%-ni özəl sərmayələr təşkil edib. 

    Qiymətləndirilən dövr ərzində xarici sərmayələrin həcmi 3,09 mlrd. manat təşkil edib. 

    Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayələr 17,9 mlrd. manat təşkil edib, bu isə əvvəlki ilin eyni göstəricisindən 15,1% çoxdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi