Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb Buna baxmayaraq, indeks məqbul səviyyədədir
Maliyyə
16 Sentyabr , 2014 08:03
Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2014-cü ilin yanvar-avqust ayları üzrə 1,37 bənd təşkil edib. Repot tərəfindən Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2014-cü ilin yanvar-iyul göstəricisinə nisbətən indeks 0,01 bəndi azalıb:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhali tərəfindən həyata keçirilən əsas xərclərin ödənilməsindən sonra sərəncamında qalan gəlirlərin hissəsini göstərir. Bu əsas xərclər istiqamətləri istehlak xərcləridir ki, bura alınan malların dəyəri və ödənilən xidmətlərin dəyəri daxildir. Həmçinin, ideksin hesablanmasında əhalinin məcmu gəlirləri də iştirak edir. Bundan əlavə, indeksin hesablanması zamanı adətən inflyasiya da nəzərə alınır, lakin Azərbaycanda onun səviyyəsi kiçik olduğundan, bu amil indeksə ciddi təsir etmir.

Bu ilin 8 ayı ərzində pərakəndə ticarət dövriyyəsi 13,599 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 4,117 mlrd. manat, əhalinin məcmu gəlirləri isə 24,045 mlrd. manat təşkil edib. İllik müqayisədə ticarət dövriyyəsi 9,3%, xidmət xərcləri 6,3%, gəlirlər isə 5,1% artıb. İstehlak xərcləri təmin edildikdən sonra əhalinin sərəncamında 6,329 mlrd. manat həcmində vəsait qalıb.

Report-un analitik qrupu hesab edir ki, indeksin 1,36 bənd səviyyəsində olması məqdul hesab edilə bilər. Belə ki, gəlirlərin əsas xərcləri 36-40% üstələməsi normal göstəricidir, çünki əhalinin yığım qabiliyyətinin də kifayət qədər yüksək olduğunu sübut edir. Aydındır ki, əhalinin gəlirlərinin əsas hissəsi istehlak xərclərinin ödənilməsinə yönəldilir və sərəncamında müəyyən vəsaitin qalıb-qalmaması onun yığım qabiliyyəti, uzunmüddətli istifadə üçün nəzərdə tutulan malları almaq qabiliyyəti, birinci və ya ikinci dərəcəli olmayan xərcləri təmin etmək qabiliyyətinin olub-olmadığını əks etdirir. 

Son xəbərlər

Orphus sistemi