Yuxarı
    Bağlamaq

    ​Azərbaycana yatırılan xarici investisiyalar I yarımillikdə 38% artıb

    İnvestisiyaların 53%-i birbaşa, 36%-i portfel, 11%-i maliyyə kreditləri şəklində yatırılıb

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu ilin birinci yarısında ölkə iqtisadiyyatına 7,3 mld. ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 38,3% çox xarici investisiya yönəldilib. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

    Daxil olan investisiyaların 11,2%-i iqtisadiyyata maliyyə kreditləri, 53,1%-i birbaşa, 35,7%-i isə portfel və digər şəkildə yatırılıb.

    Birbaşa investisiyaların həcmi 3,9 mld. dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 30,2% artıb. Bunun 3,3 mld. dolları və ya 85,3%-i iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.

    Bu dövrdə ölkə rezidentlərinə 815,5 mln. dollar ekvivalentində xarici kreditlər təqdim edilib, onların 46,5%-i dövlət təminatlı kreditlərdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi