Yuxarı

​Azərbaycan sığorta bazarı bu il 7% artıb

Sığorta ödənişlərinin həcmi isə 33% artıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 mln. manat və ya 6,6% çox sığorta haqqı toplanılıb. Report-un məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

O.Bayramovun sözlərinə görə, qeyd edilən dövrdə 28 sığorta şirkəti tərəfindən ümumilikdə 283,3 mln. manat həcmində sığorta haqları yığılıb.

Sığorta şirkətlərinin hesabat dövründə həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 103,5 mln. manat təşkil edib. Bu isə 2013-cü ilin eyni dövrünə nisbətən 25,7 mln. manat və ya 33% çoxdur.

Təhlil olunan aylar ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,6 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-avqust aylarında 29,3 manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi