Yuxarı

​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Səbəb avronun dollara qarşı ucuzlaşması ola bilər

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2014-cü il oktyabrın 1-nə 15,042 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə nisbətən 1,779 mlrd. dollar və ya 13,4% çoxdur. “Report”un xəbər verdiyi kimi, bu barədə AMB-nin hesabında deyilir.

Bu ilin yanvar-sentyabr aylarında AMB-nin rəsmi valyuta ehtiyatları 890 mln. dollar və ya 6,3% artıb, sentyabr ayında isə 149 mln. dollar və ya 1% azalıb:

Göründüyü kimi, AMB-nin valyuta ehtiyatlarının artması bu il də davam edir. Eyni zamanda aydın olur ki, artım tempi müəyyən qədər azalıb. Belə ki, ötən il artım 21% təşkil edib, bu da öz növbəsində 2012-ci ildəki artımla müqayisədə 9,4 faiz bəndi çoxdur.

Lakin sentyabr ayında azalma baş verib və bunun səbəbi kimi avronun dollara qarşı ucuzlaşmasını qeyd etmək olar. Belə ki, valyuta ehtiyatlarının bir hissəsi avroda saxlanılır, avro isə sentyabr ayı ərzində dünya bazarında 1,31 dollardan 1,26 dollara qədər, yəni 3,8% ucuzlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi