Yuxarı

​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 17% artıb

Valyuta ehtiyatların həcmi 15,2 mlrd. dollara bərabərdir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının həcmi 2014-cü ilin sentyabrın 1-nə 15,191 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin sentyabrın 1-nə nisbətən 2,232 mlrd. dollar və ya 17,2% çoxdur. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, o cümlədən, bu ilin yanvar-avqust aylarında AMB-nin rəsmi valyuta ehtiyatları 1,039 mln. dollar və ya 7,3% artıb:

Göründüyü kimi, AMB-nin valyuta ehtiyatlarının artması bu il də davam edir. Eyni zamanda aydın olur ki, artım tempi müəyyən qədər azalıb. Belə ki, ötən ildə artım 21% təşkil edib ki, bu da öz növbəsində 2012-ci ildəki artımla müqayisədə 9,4 faiz bəndi çoxdur.

Qeyd edək ki, orta hesabla 2012-ci ildə artım ayda 101 mln. dollara bərabər olub, ötən ildə isə həmin göstərici 204,8 mln. dollara yaxın, bu ilin 8 ayı üzrə isə 130,0 mln. manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi