Yuxarı

​Azərbaycan Mərkəzi Bankı yeni müsabiqə keçirir

Müsabiqə Hökumət Ödəniş Portalının yeni loqotipinin dizaynının hazırlanması üçün elan olunub

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) Hökumət Ödəniş Portalının (HÖP) yeni loqotipinin dizaynı üçün açıq müsabiqə elan edib.

AMB-dən “Report”a verilən məlumata görə, sosial əhəmiyyətli dövlət resursuna çevrilmiş HÖP-ün media rekvizitlərinin uyğunlaşdırılması məqsədi ilə loqotipin konseptual yenilənməsi nəzərdə tutulub.

Vergi, rüsum və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədilə AMB tərəfindən yaradılmış HÖP-ün infrastrukturuna hazırda ölkədə fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları ilə yanaşı, dövlət orqanları, stasionar telefon xidməti üzrə qurumlar və bir mobil telefon operatoru inteqrasiya olunub.

HÖP-ün yeni loqotipinin dizaynının yaradılması üçün Mərkəzi Bank tərəfindən 2014-cü il sentyabrın 30-dək beynəlxalq müsabiqə keçiriləcək və qalibə 3 000 manat məbləğində pul mükafatı veriləcək.

Qeyd olunur ki, hazırlanacaq eskizlərin təqdim olunma şərtləri AMB-nin internet səhifəsində yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi