Yuxarı
    Bağlamaq

    ​Azərbaycan İslam bankçılığı üçün qanunvericilik bazası hazırlayır

    Hazırda müvafiq işlər bir sıra digər postsovet ölkələrində də aparılır

    Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) şəriət qaydalarına əsaslanan bank xidmətlərini həyata keçirmək üçün müvafiq qanunvericilik bazasının yaradılması istiqamətində iş aparır.

    “Report” ABB-yə istinadən xəbər verir ki, hazırda müvafiq işlər bir sıra digər postsovet ölkələrində də aparılır.

    Ölkənin ən iri kreditor bankı olan ABB İslam qaydalarına əsaslanan bank xidmətlərini ayrıca bir bölümündə həyata keçirmək fikrindədir. Bu bölümdə xidmət səviyyəsinin indikindən 4 dəfə yüksək olacağı gözlənilir.

    ABB-nin İslam Bankçılığı Departamentinin direktoru Bəhnam Qurbanzadə bildirib ki, hazırda İslam bankçılığı sistemi üzrə Azərbaycanda 180 mln. dollarlıq bank əməliyyatları həyata keçirilir. Lakin qanunvericilik bazası qəbul olunduqdan sonra bu göstəricinin 750 mln. dollar civarında olacağı gözlənilir.

    ABB eyni zamanda Rusiya, Gürcüstan və Qətərdəki filiallarında fəaliyyətini genişləndirmək üçün Azərbaycanda İslam Bankçılığı istiqamətində güclü özül yaratmaq istəyir.

    B.Qurbanzadə əlavə edib ki, bu mənada Azərbaycan regionda mərkəzə çevrilmək istiqamətində irəliləyir və MDB ilə İslam bankçılığı vasitəsi ilə əlaqələrini daha da gücləndirməyi düşünür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi