Yuxarı
    Bağlamaq

    Azərbaycan fond bazarında ticarət sistemini yaradacaq iki əsas namizəd şirkət seçilib

    Bu, “Korea Exchange” və “InfoTech Private Ltd” şirkətləridir

    Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi"nin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun olaraq “Kapital bazarı infrastrukturunun müasirləşdirilməsi və avtomatlaşdırılması” komponenti çərçivəsində qiymətli kağızlar bazarının avtomatlaşdırılmış ticarət və hesablaşma sisteminin satın alınması üçün sənədləri təqdim etmiş iki təşkilatın tender təkliflərinin açılış mərasimi keçirilib. Bu, “Korea Exchange” və “InfoTech Private Ltd.” şirkətləridir. Bu barədə "Report"a QKDK-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

    Məlumata görə, layihənin məqsədi qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə Azərbaycan prezidentinin 2011-ci il 16 may tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının (2011-2020-ci illər) icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini təmin etməkdir.

    Layihənin icrası çərçivəsində qiymətli kağızlar bazarının avtomatlaşdırılmış ticarət və hesablaşma sisteminin satınalınması ilə əlaqədar bu ilin aprel in 18-də2 yerli və xarici KİV-də elan dərc edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi