Yuxarı

​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

Dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,007% artıb

Bakı. 31 oktyabr. REPORT.AZ/. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indexi 0,01% artaraq oktyabr ayının 31-nə 3 055,04 təşkil edib. Ortaölçülü qiymət indeksi 95,47-yə bərabər olub. Oktyabrın 31-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,007% artaraq 139 575 814 manat təşkil edir.

“Report”un hesablamalarına görə, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 871,85-ə bərabər olub. Ortaölçülü qiymət indeksi isə 108,98 təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi