Yuxarı

​Azərbaycan banklarının mənfəəti 28% artıb

7-aylıq məcmu mənfəətin həcmi 280 mln. manata yaxındır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2014-cü ilin yanvar-iyul aylarında 279,6 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Report-un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu 2013-cü ilin yanvar-iyul göstəricisi ilə müqayisədə 28,1% çoxdur.

Yanvar-iyul ayları ərzində bankların faiz gəlirləri 1 280,46 mln. manat, faiz xərcləri 556,43 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 724,03 mln. manata bərabər olub. Eyni zamanda bankların qeyri-faiz gəlirləri 260,30 mln. manat, qeyri-faiz xərcləri isə 484,32 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 224,02 mln. manat həcmində zərər yaranıb.

Göründüyü kimi, qeyri-faiz əməliyyatları üzrə zərərin yaranması tendensiyası hələ də qalmaqdadır. Qeyd edək ki, bu, yəni bankların qeyri-faiz əməliyyatları üzrə zərərlə işləməsi Azərbaycan bank sistemini  artıq xarakterizə edən amilə çevrilib. Bankların və Mərkəzi Bankın vəziyyətini müəyyən dərəcədə sağlamlaşdırmağa istiqamətləndirilən səylərə baxmayaraq qeyri-faiz əməliyyatlar üzrə gəlirlər xərcləri ödəyə bilmir və bu xərclərin ödənilməsi üçün banklar faiz-gəlirlərdən istifadə etməyə məcbur olur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi