Yuxarı

​Azərbaycan bank sisteminin aktivləri 25% artıb

Artımın 59%-i kreditlərin artımını hesabına formalaşıb

Bakı. 1 sentyabr. REPORT.AZ/. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2014-cü ilin avqustun 1-nə 23,289 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu illik müqayisədə 4,595 mlrd. manat və ya 24,6% çoxdur.

Eyni zamanda bu ilin əvvəlindən bank aktivlərinin həcmi 2,904 mlrd. manat və ya 14,3%, iyul ayında isə 719 mln. manat və ya 3,2% artıb.

Aktivlərin tərkibində bankların məcmu kredit qoyuluşları avqustun 1-nə 16,538 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 2,731 mlrd. manat və ya 19,8% çoxdur.

Göründüyü kimi, kreditlər bank aktivlərinin 71%-ni təşkil edir. Dünya bank praktikası baxımından bu, böyük göstərəcidir və Azərbaycan bank sistemi üçün artıq xarakterik haldır. Eyni zamanda müsbət hal kimi qeyd etmək olar ki, aktivlərin illik artımının yalnız 59%-i kreditlərin artımının payına düşür, artımın qalan hissəsi digər aktivlərin hesabına baş verib. Məsələn, bütün ötən il üzrə aktivlərinin artımının (3,855 mlrd. manat) 79%-i (3,026 mlrd. manat) kreditlərin artımı hesabına yaranıb. Beləliklə, bu sahədə müəyyən tarazlaşma tendensiyası yaranıb ki, bu da bank sistemi üçün çox müsbət haldır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi