Yuxarı

​Azərbaycan əhalisinin gəlirləri 5,4% artıb

Əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% yüksəlib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 27,2 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi 4,0% artıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% yüksəlib.

Bu dövr ərzində gəlirlərin 70,1%-i son istehlak xərclərinə, 11,8%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,1%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,7 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,9% çox vəsait qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi