Yuxarı
    Bağlamaq

    Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10% artıb

    Cari ilin yanvar-avqust aylarında Azərbaycandan ixracın həcmi 4%, idxal isə - 21% azalıb

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 20,964 mlrd. ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsindən Report-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 9,19% azalıb.

    Qiymətləndirilən dövr ərzində ixracın həcmi 15,351 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 3,78% azdır. 

    Bu ilin 8 ayı ərzində malların idxalı 5,613 mlrd. dollar təşkil edib, bu isə 2013-cü ilin yanvar-avqust aylarına nisbətən 21,29% azdır.

    Xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 10,3% artaraq 9,737 mlrd. dollara çatıb. 

    Ümumilikdə, Azərbaycan 1 792 adda mal ixrac, 5 579 adda mal idxal edib. 

    Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 34,687 mlrd. dollar təşkil edib və bu, 2012-ci il ilə müqayisədə 3,35% çoxdur. Bir il ərzində malların ixracı 23,975 mlrd. dollar, idxalı 10,712 mlrd. dollar təşkil edib. Ticarət dövriyyəsinin müsbət saldosu 13,263 mlrd. dollar təşkil edib. Ümumilikdə, 2013-cü il ərzində Azərbaycandan 2 111 adda mal ixrac olunub, 6 159 adda mal idxal edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi