Yuxarı

Azərbaycanın valyuta ehtiyatları 53 mlrd. dollara çatıb

Ehtiyatlar illik müqayisədə 8% artıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın məcmu valyuta ehtiyatları 2014-cü il oktyabrın 1-nə 53 mlrd. ABŞ dolları təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. “Report”un xəbər verdiyi kimi, bunu prezidentin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov bəyan edib.

“Məcmu valyuta ehtiyatlarımızın xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olub. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, xarici dövlət borcumuzun ümumi daxili məhsula nisbəti isə 8,5% səviyyəsində qərarlaşıb”, - deyə nazir bildirib.

Həmçinin S.Şərifov vurğulayıb ki, bu ilin 9 ayında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5%, onun qeyri-neft sektoru isə 6,0% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi