Azərbaycanın MDB ölkələri ilə ticarət əlaqələri pisləşir

Azərbaycanın MDB ölkələri ilə ticarət əlaqələri pisləşir MDB ölkələri ilə ticarət dövriyyəsi 28% azalıb
Maliyyə
17 Sentyabr , 2014 10:33
Azərbaycanın MDB ölkələri ilə ticarət əlaqələri pisləşir
Bakı. 17 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 1,873 mlrd. ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə  ticarət dövriyyəsi 27,8% azalıb.

Dövlət Gömrük Komitəsindən "Report"a bildirilib ki, qeyd olunan dövrdə MDB ölkələrinə ixracın həcmi 562,925 mln. dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni göstəricisindən 35,4% azdır. 

Qiymətləndirilən dövr ərzində MDB ölkələrindən idxalın həcmi 1,31 mlrd. dollar təşkil edib. Həmin göstərici üzrə 24% azalma müşahidə olunub. 

Nəticədə, MDB ölkələri ilə ticarət dövriyyəsində 747,449 mln. dollar həcmində mənfi saldo yaranıb və bu, ötən ilin 8 aylıq göstəricisindən 12,3% azdır. 

Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə, Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 4,062 mlrd. dollar təşkil edib. Həmin məbləğdən 1,509 mlrd. dollar MDB ölkələrinə ixracın, 2,533 mlrd. dollar isə idxalın payına düşüb. Ticarət dövriyyəsi 2012-ci il ilə müqayisədə 11,9% artıb.

Son xəbərlər

Orphus sistemi