Yuxarı

Azərbaycanın aparıcı tərəfdaş ölkələrinin renkinqi açıqlanıb

Bu ilin 7 ayında İtaliya Azərbaycanın xarici ticarət əməliyyatlarındakı liderliyini qoruyub saxlayıb

Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanın aparıcı ticarət tərəfdaşı olan ölkələrin siyahısında İtaliya liderliyini qoruyub. 

Dövlət Gömrük Komitəsindən "Report"a bildirilib ki, hesabat dövründə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 3,207 mlrd. ABŞ dolları təşkil edib, bu isə ölkənin ümumi xarici ticarət dövriyyəsinin 17,7%-nə bərabərdir.

İkinci sırada İndoneziya yer alıb - onun payına Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,3%-i düşür. İki ölkə arasında ticarət əməliyyatlarının həcmi 1,684 mlrd. dollar təşkil edib.

Liderlər siyahısını Almaniya tamamlayır (1,434 mlrd. dollar) - bu ölkənin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 7,9% olub.

Azərbaycanın aparıcı tərəfdaş ölkələri sırasına həmçinin Rusiya - 1,081 mlrd. dollar (6%), Fransa - 996,961  mln. dollar (5,5%), Türkiyə - 970,315  mln. dollar (5,4%) , ABŞ – 814,373 mln. dollar (4,5%), İsrail – 781,507 mln. dollar (4,3%), Hindistan - 605,69 mln. dollar (3,34%) və İspaniya - 466,187 mln. dollar  (2,6%) daxil olub.

Qeyd etmək lazımdır ki, qiymətləndirilən dövr ərzində Azərbaycanın ən iri idxalçısı İtaliya olub. Bu ölkəyə 3,065 mlrd. dollar dəyərində mal tədarük olunub, bu da Azərbaycanın toplam ixracının 23,1%-ni təşkil edir. Ən iri ixracatçı isə Rusiya olub - Azərbaycana bu ölkədən 698,038 mln. dollar dəyərində mal gətirilib ki, bu da cari ilin 7 ayı ərzində Azərbaycanın toplam idxalının 14,3%-nə bərabərdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi