Yuxarı

Aydın Əliyev: "20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb"

Aydın Əliyev: "20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb"

© Report — DGK sabiq sədri Aydın Əliyev

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanda ötən il 20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

"Onlardan 10 nəfəri ilə bağlı birbaşa prokurorluq orqanlarına şikayət olunub, digər 7 nəfərlə bağlı isə Komitənin daxilindəki İstintaq İdarəsində araşdırma aparılıb", - DGK sədri bildirib.

Bununla yanaşı, A.Əliyev əlavə edib ki, hesabat ilində Apellyasiya Şurasına gömrükdən şikayət daxil olmayıb, 2 770 kq-dan çox narkotik maddə və psixotrop maddələr aşkar olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi