​"AXA-Mbask" sığorta şirkəti nizamnamə kapitalını artırır

​"AXA-Mbask" sığorta şirkəti nizamnamə kapitalını artırır Bu səhm emissiyası tam yerləşdiriləndən sonra şirkətin nizamnamə kapitalı 18% artacaq
Maliyyə
2 Sentyabr , 2015 15:36
​AXA-Mbask sığorta şirkəti nizamnamə kapitalını artırır

Bakı. 2 sentyabr. REPORT.AZ/ "AXA-Mbask" sığorta şirkətinin adi adlı səhmlərinin emissiya prospekti dövlət qeydiyyatına alınıb. Bu barədə "Report"a Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 382 manat olan adi adlı səhmlərin sayı 7 854 ədəddir.

Qeyd edək ki, ümumi həcmi 3 000 228 manat olan səhmlərin qeydiyyat nömərsi AZ1002003692-dir. Bu səhm emissiyası tam yerləşdiriləndən sonra sığorta şirkətinin nizamnamə kapitalı 18% artaraq 19,7 mln. manata çatacaq.

Son xəbərlər

Orphus sistemi