​"AXA-Mbask" rəhbərliyində dəyişiklik olub

​"AXA-Mbask" rəhbərliyində dəyişiklik olub Selcuk Adıgüzel şirkətin İdarə Heyətinin sədri təyin edilib
Maliyyə
19 May , 2015 10:35
​AXA-Mbask rəhbərliyində dəyişiklik olub

Bakı. 19 may. REPORT.AZ/ "AXA-Mbask" sığorta şirkəti İdarə Heyətinin sədri Yavuz Ölken Direktorlar Şurasının üzvü, İdarə Heyəti sədrinin birinci müavini Selcuk Adıgüzel isə İdarə Heyətinin sədri təyin edilib. "Report"un verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilir. 

Məlumatda deyirlir ki, təyinat şurkətin səhmdarlarının ümumi yığıncağının qərarı ilə gerçəkləşib.

Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən "Mbask" sığorta şirkətinin adı 2010-cu ilin noyabrında "AXA-Mbask"a dəyişdirilib.

Cari il yanvar-aprel ayları ərzində şirkətin yığımları 6,3 mln. manat, ödənişləri isə 4,1 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi