"AXA Mbask"ın səhmdarlarının yığıncağı keçiriləcək

"AXA Mbask"ın səhmdarlarının yığıncağı keçiriləcək Yığıncaq İstanbulda olacaq
Maliyyə
5 May , 2017 17:57
AXA Mbaskın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 5 may. REPORT.AZ/ İyunun 13-də, saat 10:00-da Türkiyə-də "AXA Mbask" Sığorta Şirkəti ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" şirkətin İdarə Heyətinə istinadən xəbər verir ki, yığıncaq İstanbul şəhərinin Bəyoğlu rayonunda (Salıpazarı, Mebusan küçəsi,15 ünvanında) baş tutacaq.

Yığıncağın gündəliyinə "AXA Mbask"ın 2016-ci il üzrə fəaliyyətinin nəticələrinə və maliyyə hesabatlarına baxılması, Cəmiyyətin 2017-cı il üzrə büdcəsinə baxılması və digər məsələlər daxildir. 

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

Son xəbərlər

Orphus sistemi