“AXA Mbask”: Fəaliyyətimizdə məhdudiyyətlər qısa zamanda aradan qaldırılacaq

“AXA Mbask”: Fəaliyyətimizdə məhdudiyyətlər qısa zamanda aradan qaldırılacaq “AXA Mbask” Sığorta Şirkəti ASC-nin lisenziyası məhdudlaşdırılıb, ancaq qısa zamanda məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur.
Maliyyə
11 Mart , 2019 17:32
“AXA Mbask”:  Fəaliyyətimizdə məhdudiyyətlər qısa zamanda aradan qaldırılacaq

“AXA Mbask” Sığorta Şirkəti ASC-nin lisenziyası məhdudlaşdırılıb, ancaq qısa zamanda məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur.

Bunu “Report”a açıqlamasında şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşid Rəsulov bildirib.

“Sığorta polisləri tərtib edərkən müəyyən texniki səhvlər olduğundan lisenziyamız məhdudlaşdırılıb. Şirkət hal-hazırda bu məsələ üzərində çalışır, qısa zamanda lisenziyamız tam bərpa olunacaq”, - deyə R.Rəsulov əlavə edib.

Xatırladaq ki, “AXA Mbask” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələrinin Mülki Məcəlləyə, “Sığorta fəaliyyəti haqqında” qanuna və icbari sığorta qanunlarına uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətə verilmiş icrası məcburi göstəriş - Təqdimata vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 05 mart 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə şirkətə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Qeyd edək ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 23 933 828 manatdır. Şirkətin səhmlərinə 100% sahib olan Fransanın AXA qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” bir qədər əvvəl maliyyə qurumunu azərbaycanlı iş adamı, “Unibank” ASC-nin Müşahidə Şurasının üzvü Elxan Qəribliyə satmağa qərar verib. Tərəflər arasında ilkin razılaşma artıq imzalanıb.

Son xəbərlər

Orphus sistemi