“AXA-Mbask”ın bəzi rəhbər şəxslərinin vəzifə müddəti uzadılıb

“AXA-Mbask”ın bəzi rəhbər şəxslərinin vəzifə müddəti uzadılıb Şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib
Maliyyə
14 Dekabr , 2016 15:44
“AXA-Mbask”ın bəzi rəhbər şəxslərinin vəzifə müddəti uzadılıb

Bakı. 14 dekabr. REPORT.AZ/ İstanbulda (Türkiyə) “AXA-Mbask” Sığorta Şirkəti ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

“Report”un əldə etdiyi məlumata görə, yığıncaqda şirkətin Direktorlar Şurasının iki üzvü - Elxan Qəriblinin və Frederik Flejunun, eləcə də İdarə Heyətinin bir üzvü - Ceyhun Qurbanlının vəzifə müddəti uzadılıb.

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur. 

Son xəbərlər

Orphus sistemi