Yuxarı
    Bağlamaq

    “AXA Mbask”da rəhbər vəzifələrə təyinatlar olacaq

    Şirkətin səhmdarlarının yığıncağı çağırılıb

    Bakı. 7 dekabr. REPORT.AZ/ “AXA-Mbask” Sığorta Şirkəti ASC-nin dekabrın 13-də səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

    “Report” xəbər verir ki, yığıncaq Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda (Salıpazarı, Mebusan küçəsi,15 ünvanında) baş tutacaq.

    Yığıncağın gündəliyinə rəhbər vəzifələrə təyinatlar məsələsi daxildir.

    Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi