“AXA Mbask”da kadr dəyişikliyi olub

“AXA Mbask”da kadr dəyişikliyi olub Sığorta şirkətinin baş mühasibi dəyişib
Maliyyə
24 Aprel , 2017 15:50
“AXA Mbask”da kadr dəyişikliyi olub

Bakı. 24 aprel. REPORT.AZ/ “AXA Mbask” Sığorta Şirkəti ASC-nin baş mühasibi dəyişib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu vəzifəyə Faiq Oqtay oğlu Heydərov təyin edilib.

O, yeni vəzifəsində Roman Sergeyeviç Bandurini əvəz edib.

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

Son xəbərlər

Orphus sistemi