"AXA-Mbask" Azərbaycan üçün yeni onlayn xidmət tətbiq edib

"AXA-Mbask" Azərbaycan üçün yeni onlayn xidmət tətbiq edib Tezliklə səhifədə xaricə gedənlərin sığorta polisini əldə etmək mümkün olacaq
Maliyyə
19 May , 2016 11:04
AXA-Mbask Azərbaycan üçün yeni onlayn xidmət tətbiq edib

Bakı. 19 may. REPORT.AZ/ “AXA-Mbask” ASC rəsmi “Facebook” səhifəsində qiyməti öyrənib sığorta polisini şirkətin korporativ veb-səhifəsinə keçmədən onlayn formada əldə etmək imkanı yaradıb. “Report” xəbər verir ki, bu funksiya müştəriyə “Facebook” səhifəsini tərk etmədən avtomobilin icbari sığortasının qiymətinin onlayn rejimdə hesablanmasına, sifariş etməsinə və kredit kart ilə ödəməsinə imkan verir.

Qurumun açıqlamasında deyilir ki, tezliklə səhifədə xaricə gedənlərin sığorta polisini əldə etmək, həmçinin KASKO sığorta polisinin hesablanması üçün sorğu göndərmək imkanı təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi