Yuxarı
    Bağlamaq

    Avtomobillərin icbarı sığortası üzrə yığımlar azalıb

    Yanvar ayında icbari avtosığorta üzrə 59,1 min elektron müqavilə bağlanıb

    Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ( AVSMMİS) üzrə 59 087 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

    "Report"un Büroya istinasən verdiyi xəbərə görə, yanvarda standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 4,6 mln. manatdan çox olub. 

    Ötən ilin yanvar ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3,8% artım, sığorta haqlarının məbləğində isə 1,3% azalma müşahidə edilib.

    Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb və noyabrın 1-dək informasiya sistemi vasitəsi ilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək sığorta təminatına daxildirlər.

    Məlumat üçün bildirək ki, hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 13 sığorta şirkəti ( "Atəşgah Sığorta" ASC, “Standard İnsurance” ASC, "AtaSığorta" ASC, “Xalq Sığorta” ASC, “Paşa Sığorta” ASC, "AXA-Mbask" ASC, “AzSığorta” ASC, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, "İpək Yolu Sığorta" ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, "Qala Sığorta" ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi