Avtomobillərin icbari sığortası üzrə ölümlə bağlı 90 min manat ödənilib

Avtomobillərin icbari sığortası üzrə ölümlə bağlı 90 min manat ödənilib May ayında bu sığorta növü üzrə 1,571 mln. manat həcmində ödəniş həyata keçirilib
Maliyyə
5 İyun , 2015 12:51
Avtomobillərin icbari sığortası üzrə ölümlə bağlı 90 min manat ödənilib

Bakı. 5 iyun. REPORT.AZ/ Cari ilin may ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 321 sığorta tələbi üzrə 1 570,7 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

"Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, bunun 1 391,8 min manatını nəqliyyat vasitələrinə, 45,1 min manatı əmlaka, 43,8 min manatı sağlamlığa dəyən zərər üzrə, 90 min manatı şəxsin ölümü üzrə ödənişlərin payına düşüb.

Hesabata əsasən, ümumilikdə cari ilin yanvar-may ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 8 114 sığorta tələbi üzrə 9 667,8 min manat məbləğində sığorta ödənişi edilib.

May ayında İSB tərəfindən 11 kompensasiya tələbi üzrə 37,3 min manat, yanvar-may ayları ərzində 28 kompensasiya tələbi üzrə 110,3 min manat məbləğində ödəniş həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi