Bakı. 13 yanvar. REPORT.AZ/ Fevralın 13-də “Ağcabədi Avtotəmir” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report”un verdiyi xəbərə görə, ümumi yığıncaq saat 11:00-da Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti,157 ünvanında baş tutacaq.
İclasın gündəliyinə şirkətin 2017-ci ilin yekunlarına dair maliyyə hesabatı, nizamnamə kapitalının yeni səhm buraxılması yolu ilə artırılması və digər məsələlər daxil edilib.
Xatırladaq ki, “Ağcabədi Avtotəmir” ASC 1998-ci ildə yaradılıb.