​Avstriya şirkəti "Kredobank"dan pay alıb

​Avstriya şirkəti "Kredobank"dan pay alıb Bu, Bankın nizamnamə kapitalının artırılması çərçivəsində baş tutub
Maliyyə
13 İyul , 2016 14:19
​Avstriya şirkəti Kredobankdan pay alıb

Bakı. 13 iyul. REPORT.AZ/ Avstriyanın "Veno Investment GmbH" şirkəti "Kredobank" ASC-nin səhmdarı olub. "Report"un əldə etdiyi məlumata görə, bu, Bankın nizamnamə kapitalının 22,66 mln. artırılaraq 73,2 mln. manata çatdırılması çərçivəsində baş tutub.

Kapital artımından əvvəl "Kredobank"ın dövriyyədə hər birinin nominal qiyməti 10 000 manat olan 5 054 səhmi olub. Bu səhmlər Bankın 14 səhmdarı - 7 fiziki və 7 hüquqi şəxs bölüşdürülüb.

"Kredobank" kapitalını artırmaq üçün bu il əlavə səhm emissiyası edib və dövriyyəyə eyni nominalda 2 266 səhm buraxıb, yəni səhmlərinin sayını 7 320-yə çatdırıb. Yeni səhmlərin təxminən 280-ni adı çəkilən Avstriya şirkəti, qalan 2 minə yaxın səhmi isə mövcud səhmdarlar alıb.

Son nəticədə "Veno Investment GmbH" "Kredobank"ın 3,8%-nə, qalan 14 səhmdar isə 96,2%-nə sahib olub.

Xatırladaq ki, "Kredobank" 28 fevral 1994-cü il tarixində "Anar" kommersiya bankı kimi fəaliyyətə başlayıb, sonradan rebrendinq edib. 

Son xəbərlər

Orphus sistemi