Yuxarı

Avrozonada illik inflyasiya azalıb

Avrozonada illik inflyasiya azalıb

Bu ilin sentyabr ayında Avropa İttifaqı (Aİ), o cümlədən avrozona ölkələrində illik inflyasiya avqust ayına nisbətən 0,2 faiz bəndi azalaraq 1,8%-ə düşüb. 

"Report" xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi ("Eurostat") məlumat yayıb. 

Ay ərzində orta illik inflyasiya isə 1,4%-dən 1,2%-ə geriləyib. 

Aİ ölkələri arasında illik inflyasiyanın ən yüksək həddi Rumıniyada (3,5%), ən aşağı həddi isə Portuqaliyada (-0,3%) qeydə alınıb. 

Xatırladaq ki, Avropa Mərkəzi Bankının illik inflyasiya hədəfi 2%-dir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi