Yuxarı

​Avrozonada deflyasiya riski artıb

İnkişaf etməkdə olan ölkələr isə ciddi maliyyələşmə problemi ilə üzləşə bilər

Bakı. 31 mart. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi monetar yumşalmanın həyata keçirilməsinə baxmayaraq Avrozonada deflyasiya riskinin böyük olduğunu bildirir. Uzunmüddətli inflyasiya hələ də hədəf proqnozlarının altında, istehsalçı inflyasiyası isə artmaqda çətinlik çəkir. "Report"un Agentliyə istinadən verdiyi xəbərə görə, monetar yumşalma, zəif avro və inamın artması ilə Avrozonada uzun zamandan bəri davam edən deflyasiya riski aradan qalxacaq.

İnkişaf etməkdə olan bazarlardan Çində köklü islahatlar, Rusiya və Braziliyada resessiya ümumən bu tip ölkələrə mənfi təsir göstərəcək. Nəticədə, inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın 2015-ci ildə 3,6%, 2016-cı ildə isə 4,2% olacağı proqnozlaşdırılır.

"Fitch"in ekspertləri hesab edirlər ki, ucuz neft və digər xammal qiymətləri ilə bərabər ABŞ-da uçot dərəcəsinin artması inkişaf etməkdə olan ölkələr üçün xaricdən maliyyələşmə sahəsində ciddi problem yaradacaq. Maliyyə sistemində yarana biləcək problemlərlə inkişaf etməkdə olan ölkələrin siyasi çətinliklərlə üzləşəcəyi də istisna edilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi