Yuxarı
    Bağlamaq

    Avropa valyuta fondunun yaradılması təklif olunur

    Fond maliyyə dəstəyi proqramlarının icrasına da nəzarət həyata keçirə bilər

    Bakı. 20 mart. REPORT.AZ/ Avroqrupun sədri Yerun Deysselblum Avropa valyuta fondunun yaradılmasını məqsədəuyğun hesab edir. "Report" xəbər verir ki, bu barədə o, "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu institut Avropa Stabilləşmə Mexanizminin bazasında yaradıla bilər.

    "Düşünürəm ki, Avropa Stabilləşmə Mexanizminin ortamüddətli yaxud uzunmüddətli perpektivdə Beynəlxalq Valyuta Fondunun Avropa analoquna çevrilməsi məntiqlidir", - deyə Avroqrupun rəhbəri əlavə edib.

    Y.Deysselblum bildirib ki, bu mexanizm gələcəkdə Avropa ölkələrinə maliyyə dəstəyi proqramında mühüm rol oynaya bilər. Sədr hesab edir ki, Avropa valyuta fondunun maliyyə dəstəyi proqramlarının icrasına da nəzarət həyata keçirməsi mümkündür. Hazırda bununla "bu işdə özünü elə də rahat hiss etməyən" Avropa Mərkəzi Bankı məşğuldur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi